KURIAL SEÇKILƏR
bəzi dövlətlərdə seçkilər milli, dini, irqi və ya müəyyən senzlərlə, dərəcələrə və ya kurialara bölən - dövlətin təmsilçi (hakimiyyət) orqanlarına keçirilən seçki sisteminin bir növü, yəni burada namizədin şəxsi (bilik, bacarıq, işgüzarlıq) keyfiyyətləri deyil, məhz müvafiq mənsubiyyət önəm kəsb edir. Misal: İraq Palamentinə seçkilərdə ərəblərə, kürdlərə və türkmanlara seçilmək üçün müəyyən kvota ayrılmışdır; Fici dövlətinin təmsilçi palatasına seçilmək üçün ficilərə, hinduslara və “ümumi” Deputatlara müəyyən kvota ayrılmışdır; Zimbabve dövlətində Parlamentin aşağı palatasına ağ və qara dərili deputatlağa namizədlərə müəyyən kvotalar müəyyənləşdirilmişdir. Yeri gəlmişkən, istər Fici və istər Zimbabve dövlətlərində həmin kvotalar əhalinin (müvafiq millətə, irqə) nisbətləri ilə uyğun gəlmir, yəni kvotalar müəyyən kateqoriya insanlara ümumi əhali nisbətində çox və ya az ayrılır.